SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Politoloq: “AKP-nin növbəti seçkilərdə qalib gəlməsi çətin olacaq”

© Photo : Facebook / Рамия МамедоваPolitoloq Ramiyə Məmmədova
Politoloq Ramiyə Məmmədova - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Ramiyə Məmmədova deyir ki, hakim partiyanın daxilində böyük çaxnaşmalar yaşanmaqdadır
Politoloq: “AKP-nin növbəti seçkilərdə qalib gəlməsi çətin olacaq”

Türkiyənin əsas müxalifət partiyalarından “İYİ” partiyasının lideri Meral Akşener iqtisadiyyat və xarici işlər naziri vəzifələrini tutmuş və bu yaxınlarda AKP (Ədalət və İnkişaf Partiyası) üzvlüyündən çıxmış Əli Babacanın rəhbərliyində yeni müxalifət partiyasının yaradılmasını dəstəklədiyini bildirib. Bu haqda Türkiyə mətbuatı məlumat yayıb.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, Türkiyənin bu gün yaşadığı daxili gərginliklər xarici siyasətində özünü büruzə verir:

“Hazırda hakim partiyanın daxilində böyük çaxnaşmalar yaşanmaqdadır. Partiya daxili fikir ayrılıqları bir çox üzvlərin partiyanı tərk etməsi ilə nəticələnib. Yaradılması nəzərdə tutulan partiyada da işlər qaydasında deyil. Ölkədəki mövcud vəziyyət nazirlər kabinetinin yenilənməsinə gətirib çıxara bilər. Hazırkı hakimiyyət qarşıdakı 4 ildə iqtisadi vəziyyəti normallaşdıra bilməsə, növbəti seçkilərdə qalib gəlməsi çətin olacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0