09:36 21 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Kamran Əsədov
© Sputnik / Murad Orujov

Ekspert yay düşərgələrinin vəziyyətindən danışdı: ciddi çatışmazlıqlar mövcuddur

RADİO
Qısa URL
98 0 0

Təhsil eksperti Kamran Əsədov deyir ki, şagirdlərin asudə vaxt keçirdikləri yerlər onların əldə etdikləri bilik və bacarıqların tətbiqi üçün uyğun deyil

“Şagirdlərin asudə vaxtının səmərəli təşkil olunması tədris prosesinin ən vacib nüanslarından biridir”. Bunu Sputnik Azərbaycan-a yay düşərgələrinin vəizyyəti və əhəmiyyəti haqqında danışarkən təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, hazırda ölkəmizdə şagirdlərin yay tətillərinin asudə keçirilməsi üçün ciddi çatışmazlıqlar mövcuddur:

“Əvvəlki dövrlərdə şagirdlər düşərgələrə gedə bilirdilərsə, hazırda onlar bu imkanlardan məhrumdurlar. Hazırda şagirdlərin asudə vaxt keçirdikləri yerlər onların əldə etdikləri bilik və bacarıqların tətbiqi üçün uyğun deyil. Yay düşərgələri şagirdlərin yaş xüsusiyyətlərinə və psixologiyalarına uyğun olmalıdır. Problemin həlli üçün hərbir rayon və şəhərdə şagirdlərin asudə vaxtlarını keçirə biləcəkləri yay düşərgələri təşkil edilməlidir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular