22:08 12 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

OPEC+ ölkələrinin qərarları bazara psixoloji təsir göstərir - ekspert şərhi

RADİO
Qısa URL
134 0 0

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, bu anlaşma OPEC-ə daxil olmayan ölkələrə daha çox sərf edir

Natiq Cəfərli: “Problemlər həll olunsa, OPEC+ sazişinin əhəmiyyəti qalmayacaq”

Neft hasilatının azaldılması üzrə "OPEC plus" sazişi 9 ay müddətinə uzadılacaq. Bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid əl-Falih deyib.

İqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyir ki, OPEC+ ölkələrinin razılaşması neft bazarında qiymətlərə təsir edir:

“Bu ölkələrin qəbul etdiyi qərarlar bazara ciddi psixoloji təsir göstərir. Bu anlaşma OPEC-ə daxil olmayan ölkələrə daha çox sərf edir. İqtisadi amil olmadan belə razılaşmalarla neftin qiymətini yüksək həddə uzun müddət saxlamaq mümkün olmayacaq. Əgər yaxın vaxtlarda İran, Liviya və Venesuela ətrafında davam edən problemlər həll olunsa, OPEC+ sazişinin əhəmiyyəti qalmayacaq”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular