17:17 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il
© Sputnik / Murad Orujov

Ekspert: “Bizə ordumuzdan başqa kimsə dəstək verməyəcək”

RADİO
Qısa URL
171 0 0

Qafqaz tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, müstəqil Azərbaycanın dövlətçiliyinin əsas elemnti ordu olaraq qalır

Bu gün Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzində “Regional geosiyasətdə ordunun rolu və tarixi aspektlər” mövzusunda tədbir keçrilib.

Tədbirin iştirakçılarından Qafqaz tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyib ki, regionumuzda geosiyasi vəziyyət 100 il əvvəlkindən çox da fərqlənmir:

“Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən onun əsas elementi kimi ordunun yaradılması zəruri idi. Bu gün də müstəqil Azərbaycanın dövlətçiliyinin əsas elementi ordu olaraq qalır. Bəzi qüvvələr Azərbaycanın hərbi gücünün artması ilə regiondakı geosiyasi vəziyətin dəyişməsindən narahatdırlar və ordumuzun güclənməsini istəmirlər. Biz münaqişə yaşayan ölkəyik və bu bizim müstəqilliyimizə böyük təhdiddir. Bu məsələlərin həllində bizə ordumuzdan başqa kimsə dəstək verməyəcək. Bizim ordumuz iqtisadiyyatımızla paralel güclənir”.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Əsas mövzular