15:49 28 Mart 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Türk “Pəncə”sinin regional proseslərə hansı təsirləri olacaq - politoloq şərh edir

RADİO
Qısa URL
129 0 0

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, Türkiyə sərhədləri həndəvərində anti-terror əməliyyatları ilə məşğuldur

Zaur Məmmədov: “Terror qrupları Türkiyə üçün təhdiddir”

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı qurudan və havadan antiterror əməliyyatlarına başlayıb. “Pəncə” adını alan əməliyyat İraqın şimalında yerləşən ərazilərdə terrorçulara artileriya və aviasiya zərbələri endirməklə başlayıb.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, bu əməliyyatları keçirmək Türkiyənin suveren hüququdur:

“Türkiyə başqa ölkələr kimi gedib planetin hansısa ərazilərinə müdaxilə etmir. Bu ölkə sərhədləri həndəvərində anti-terror əməliyyatları ilə məşğuldur. Rəsmi Ankara bir neçə dəfə Suriya və İraq hökumətlərini də anti-terror əməliyyatları keçirməyə çağırıb, ancaq nə Bağdad, nə də Dəməşq əməliyyatların keçirilməsində maraqlı deyillər. Bu ərazilərdə yerləşən terror qrupları Türkiyənin vətəndaşları və milli maraqları üçün təhdiddir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular