“İcbari tibbi sığortanın baza hissəsi bütün vətəndaşlara şamil ediləcək və böyük sosial layihə olaraq 2020-ci ildən tətbiq olunacaq”. Bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov deyib.
Həkim Adil Qeybulla Sputnik Azərbaycan-a deyir ki, icbari tibbi sığorta əhalinin bütün təbəqələrini əhatə etməlidir:
“Sadəcə olaraq əhalinin kateqoriyalarının sığortalanması fərqlidir. Sığortada kontingentin müəyyən edilməsi ilə yanaşı sığorta paketinə daxil olacaq xidmətlərin müəyyənləşməsi də mühüm faktordur. Hansı xidmətlərin sığorta paketində yer alması önəmlidir. Hesab edirəm ki, doğuş və təxirəsalınmaz yardım bu paketə daxil edilməlidir. Bu xidmətlərin artırılması həm də sığortaya ayırılan vəsaitdən asılıdır. Bizdə sığorta üçün yığılan vəsait xidmətləri tam qarşılamağa yetərli deyil”.
Adil Qeybullanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz