09:18 15 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Tofiq Abbasov
© Sputnik / Murad Orujov

Ukraynanın yeni prezidenti hansı addımları atacaq - Politoloq şərh edir

RADİO
Qısa URL
200 0 0

Politoloq Tofiq Abbasov deyir ki, Zelenskinin prezident olması Ukrayna üçün hələ heç bir dönüş vəd etmir

Ukraynanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Vladimir Zelenski səslərin əksəriyyətini toplayaraq prezident seçilib. Bundan sonra Azərbaycan Ukrayna əlaqələri hansı istiqamətdə inkişaf edəcək?

Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, Zelenskinin prezident olması Ukrayna üçün hələ heç bir dönüş vəd etmir:

“O, uğursuz bir siyasətçini əvəz edir. Ona səmərəli iqtisadi siyasət yürütmək, həmçinin cəmiyyətdə sistemli və ardıcıl gedəcək proseslərin təminatı lazımdır. Yeni prezident cəmiyyətdə mövcud parçalanmalara son qoymalıdır. Ukrayna Azərbaycan üçün də maraqlı olan ölkələrdən biridir. Bu ölkə Azərbaycan istiqamətindən gələn yüklərin öz ərazisindən daşınmasına can atır. Digər tərəfdən Azərbaycanın enerji daşıyıcılarına da Ukraynanın çox böyük marağı var. Əvvəlki prezident fəaliyyəti dövründə daha çox siyasi məsələlərlə məşğul oldu və bunun nə ilə nəticələndiyini gördük. Zeleskinin və komandasının hansı istiqamətdə fəaliyyət göstərəcəyini isə əvvəlcədən demək çətindir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular