14:20 26 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
Elxan Şahinoğlu
© Sputnik / Murad Orujov

Politoloq Ankarada ən çox müzakirə olunan məsələdən danışdı

RADİO
Qısa URL
96 0 0

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Əkrəm İmamoğlu gələcək siyasi karyerasında daha böyük uğurlar qazana bilər

İstanbulda 31 mart bələdiyyə seçkilərindən 17 gün sonra İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri məlum olub. Cümhuriyyət Xalq Partiyası və İYİ Partiyadan ibarət olan Millət İttifaqının namizədi Əkrəm İmamoğlunun İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olması təsdiqlənib.

Hazırda Ankarada olan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, bu gün Türkiyənin paytaxtında ən çox müzakirə olunan məsələ Əkrəm İmamoğlunun İstanbulda bələdiyyə başçısı seçilməsi və təsdiq olunmasıdır:

“Türkiyəli ekspertlərlə aparılan müzakirələrdə onlar da deyirlər ki, bununla gərginliyə son qoyuldu. Ə.İmamoğlu cəmiyyətdə böyük simpatiya qazanmağı bacarıb. O, bələdiyyə başçısı olduğu müddətdə insanların rifahının yaxşılaşdırılması üçün böyük işlər görərsə, gələcək siyasi kariyerasında daha böyük uğurlar qazana bilər. Unutmayaq ki, hazırkı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın siyasi olimpə yüksəlişi İslanbul bələdiyyə başçısı seçilməsi ilə başlamışdı”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular