05:17 19 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9202
Азиз Алиев – руководитель информационного агентства Sputnik Азербайджан
© Sputnik / Murad Orujov

Əziz Əliyev azərbaycanlı istedadın "Sən supersən!"dəki çıxışından danışdı

RADİO
Qısa URL
124 0 0

Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev deyir ki, Xanım Əhmədiyevanın çıxış birinci dəfə üçün çox gözəl idi

Bu gün Sputnik Azərbaycan Beynəlxalq Mətbuat Mərkəzində "Sən supersən!" vokal müsabiqəsinin iştirakçısı Xanım Əhmədiyevanın jurnalistlərlə görüşü keçirilib.

Görüşdə Sputnik Azərbaycan-ın rəhbəri Əziz Əliyev də Xanım Əhmədiyevanın müsabiqədəki iştirakından danışıb. Əziz Əliyev bildirib ki, Xanım Əhmədiyeva öz istedadı ilə daha da uzaqlara gedə bilər: “Səmimi olaraq etiraf edim ki, istedadını Moskvada yetərincə dəyərləndirmədilər. Ona demək istəyirəm ki, əhvalını pozmasın, hər şey daha gözəl olacaq. Son qərarı münsiflər verdiyi üçün biz dəstək olmaqdan başqa nəsə edə bilmərik. Birinci dəfə üçün bu, çox gözəl çıxış idi. Xanımı çox adam dəstəklədi. Onlara da təşəkkür edirəm. Xüsusi təşəkkürümü isə Heydər Əliyev Fonduna bildirirəm. Üçüncü mövsümü onlarla birlikdə keçirmişik. Fond istedadlı insanların tapılmasında bizə hər cür köməkliyi göstərdi”.

Qeyd edək ki, NTV telekanalı ilə Sputnik İnformasiya Agentliyi və Radiosunun birgə layihəsi olan "Sən supersən!" Beynəlxalq Vokal Müsabiqəsi 2018-ci ilin 10 fevralında start götürüb.

Əziz Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

 

Əsas mövzular