CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

1918-ci ilin mart soyqrımında məqsəd türklərin kökünü kəsmək idi - tarixçi danışır

© Sputnik / Murad OrujovQafqaz tarixi mərkəzinin direktoru, siyasi icmalçı, Rizvan Hüseynov
Qafqaz tarixi mərkəzinin direktoru, siyasi icmalçı, Rizvan Hüseynov - Sputnik Azərbaycan
Abunə olmaq
Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov deyir ki, 1918-ci il mart soyqırımı Azərbaycanın müstəqilliyinə gedən yolda mühüm məqamdır
Rizvan Hüseynov: “Mart soyqırımının kənardan havadarları var idi”

Bu gün ermənilərin azərbaycanlılara qarşı törətdiyi mart soyqırımının 101-ci dönümüdür.

Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov Sputnik Azərbaycan-a deyir ki, 1918-ci il mart soyqırımı Azərbaycanın müstəqilliyinə gedən yolda mühüm məqamdır:

“Bu hadisələrin beynəlxalq səviyyədə tanıtmaq borcumuzdur. Soyqırımın kənardan havadarları var idi. Onun məqsədi bu ərazidə müstəqil respublikanın yaranmasına əngəl olmaq idi. Bütün əngəllərə baxamayaraq biz müsəlman şərqində ilk respublikanı yaratmışıq. Sözsüz ki, mart hadisələri və ondan sonra elan olunan müstəqilliyimiz birgə tədqiq edilməlidir”.

31 mart 1918-ci ildə, köhnə təqvimlə - 21 mart Novruz bayramı ərəfəsində Stepan Şaumyanın rəhbərliyi ilə daşnak-bolşevik silahlı birləşmələri tərəfindən qısa müddətdə 50 mindən çox müsəlman - azərbaycanlılar, ləzgilər, yəhudilər və digər millətlərdən olan insanlar öldürülüb.

1998-ci ildə Azərbaycan Prezidenti 1918-ci ilin martında qətlə yetirilənlərin xatirəsinə martın 31-ni "Azərbaycanlıların soyqırımı günü" elan edib. Ötən il Azərbaycanda soyqırımın 100-cü ili qeyd olunub.

Rizvan Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0