06:57 23 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Elxan Şahinoğlu
© Sputnik / Murad Orujov

Türkiyədə seçki öncəsi vəziyyət necədir - politoloq şərh edir

RADİO
Qısa URL
15010

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, müxalifət partiyaları da böyük şəhərlərdə qalibiyyət uğrunda mübarizə aparacaqlar

“Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində çox gümanki hakim Ədalət və İnkişaf partiyası ilə Milliyyətçi Hərəkat partiyası koalissiyası bir çox bələdiyyələrdə uğur qazanacaq”. Bunu Sputnik Azərbaycan-a Türkiyədə seçki öncəsi vəziyyət haqqında danışarkən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, ancaq bununla belə müxalifət partiyaları da bu seçkidə böyük şəhərlərdə qalibiyyət uğrunda mübarizə aparacaqlar: “Ancaq bütün hallarda düşünürəm ki, indiki hakim partiyanın böyük şəhərlərdə qələbə qazanmaq şansları çoxdur. Yeganə İzmir ola bilər ki, orada Cümhuriyyət Xalq Partiyasının nümayəndəsi qələbə qazansın”.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-də keçiriləcək.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular