23:09 22 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.8840
İlqar Vəlizadə
© Sputnik / Murad Orujov

Politoloq İrana qarşı sanksiyalar haqqında: yaxşı heç nə vəd etmir

RADİO
Qısa URL
175 0 0

Politoloq İlqar Vəlizadə deyir ki, İranın maliyyə sisteminin imkanları sanksiyalar vasitəsilə məhdudlaşdırılır

“ABŞ və müttəfiqiləri ilə iqtisadi və psixoloji müharibə vəziyyətindəyik”. Bunu İran Prezidenti Həsən Ruhani Gilana səfəri zamanı təşkil edilən mitinqdə bildirib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, ABŞ sanksiyalarının İrana təsiri uzunmüddətli xarakter daşıyır: “Hazırda sanksiyaların hansı nəticələr verəcəyini qabaqcadan söyləmək çətindir. Sanksiyalar İran sənayesinə təsir göstərəcək. Xüsusəndə xarici investisiyalarla qurulmuş müəssisələr sanksiyalardan payını alacaq. Belə müəssisələrin fəaliyyətləri məhdudlaşdırılacaq. İranın maliyyə sisteminin imkanları sanksiyalar vasitəsilə məhdudlaşdırılır. Paralel olaraq dünya neft bazarının daralması da İran üçün yaxşı heç nə vəd etmir. Ancaq onu da deməliyik ki, İran iqtisadiyyatı uzun illərdir sanksiyalar şəraitində fəaliyyət göstərdiyi üçün vəziyyətə alışıb”.

Qeyd edək ki, noyabrın 5-də ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların ikinci mərhələsi başlayıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Əsas mövzular