02:19 21 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev
© Sputnik / Murad Orujov

Novruz bayramında əfv olacaqmı - Hüquq müdafiəçisi danışır

RADİO
Qısa URL
67 0 0

“Konstitusiya” Araşdırmalar Fondunun sədri, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyir ki, əfv barədə qərarın olacağını istisna etmirik

“Novruz bayramı ərəfəsində əfv verilməsini gözləyirik”. Bunu Sputnik Azərbaycana-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun sədri, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

“Əfv prezidentin konstitusion səlahiyyətlərinə daxil olan səlahiyyətlərdəndir. Konket olaraq nə vaxt verilməsi də onun tərəfindən müəyyənləşdirilir. Biz əfv barədə qərarın olacağını istisna etmirik. Hazırda Əfv Məsələləri Komissiyasının müntəzəm olaraq iclasları keçirilir, müraciətlərə baxılır. Əvvəlcədən nə qədər insanın əfv olunacağını söyləmək doğru olmaz” - deyə o bildirib.

Qeyd edək ki, Əfv Komissiyasının ötən gün keçirilən iclasında 400-dək müraciətə baxılıb və onların əksəriyyəti haqqında müsbət rəy verilib.

Əliməmməd Nuriyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular