“Gələcəkdə Azərbaycanda ümumrespublika yayımlı uşaq telekanalının yaradılması məsələsinə baxıla bilər”. Bunu Trend-ə müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
Televiziya eksperti, professor Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, son dövrlərdə ixtisaslaşmış televiziya kanalları praktikası özünü doğruldur: “Mənim düşüncəmə görə, bizdə bu gün təhsil və maarif kanalına ən çox ehtiyyac duyulur. Belə bir kanal dünyanın bir çox ölkələrində var. Uşaq kanalının yaradılması da düşünürəm ki, yaxşı olardı. Amma onun verilişlərini elmi, pedoqoji baxımdan doğru-dürüst səviyyəyə qaldıra bilməyəcəyiksə, sadəcə plansız cizgi filmləri, oyunlar veriləcəksə, belə bir kanalın yaradılmasının mənası yoxdur”.
Qeyd edək ki, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinn (Ombudsman) 2018-ci il üzrə illik məruzəsində qeyd olunub ki, televiziyada uşaqların psixikasına zərər gətirə biləcək məlumatların qanunla müəyyən olunan vaxtlarda verilməsi və ya xüsusi qeydlərlə göstərilməsi ilə bağlı müvafiq qurumlara müraciət edilib.
Professorun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz