14:44 25 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
İlqar Vəlizadə
© Sputnik / Murad Orujov

Politoloq: “Gürcüstanla münasibətlərimizdən narahat olan qüvvələr var”

RADİO
Qısa URL
94 0 0

Politoloq İlqar Vəlizadə deyir ki, Gürcüstan prezidentinin səfəri iki ölkə münasibətlərinin tənzimlənməsnə yönəlib

“Azərbaycan-Gürcüstan münasibətləri geosiyasi və geoiqtisadi əhəmiyyət daşıyır”. Bunu Sputnik Azərbaycan-a Gürcüstan prezidentinin Azərbaycana səfərini şərh edərkən politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, iki ölkənin münasibətləri önəmli geosiyasi amilə çevrilib: “Strateji xarakter daşıyan bu münasibətlərə hər kəs birmənalı yanaşmır. Bizi istəməyən qüvvələr münasibətlərimizdən narahatdırlar. Buna görə də, müxtəlif zamanlarda təxribatlar yaradırlar. Çox güman ki, münasibətlərinə ləkə salmağa çalışanların arxasında ermənipərəst qüvvələr dayanır. Onların münasibətlərə ciddi təsir göstərmək istəyirlər. Gürcüstan prezidentinin səfəri də iki ölkə münasibətlərinin tənzimlənməsnə yönəlib. İki ölkə münasibətlərinə zərər vura biləcək risklərin aradan qaldırılması baxımından bu cür səfərlər əhəmiyyət daşıyır”.

Qeyd edək ki, Gürcüstanın Prezidenti Salome Zurabişvili fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular