05:04 26 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
© Sputnik / Murad Orujov

Politoloq: “Suriya məsələsində Ankaranın mövqeyində hər hansı dəyişiklik yoxdur”

RADİO
Qısa URL
11420

Politoloq Fikrət Sadıxov deyir ki, Türkiyə Suriyanın şimalındakı təhlükəsizlik zonasına nəzarət etmək üçün əlindən gələni edəcək

Suriyanın şimalındakı təhlükəsizlik zonasına yalnız Türkiyə nəzarət etməlidir. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "NTV" və "Star TV" telekanallarına müsahibəsi zamanı bildirib.

Politoloq Fikrət Sadıxov Sputik Azərbaycan-a deyir ki, Türkiyənin məqsədi sərhədlərini qorumaq və təhlükəsizlik zonası yaratmaqdır:

“Suriyada baş verənlərdən sonra kürd silahlı dəstələri, terror qrupları Türkiyəyə istiqamətləndilər. Təbii ki, Türkiyə bunlara qarşı təhlükəsizliyini təmin etmək üçün gərəkli olanları edəcək. Düzdür, Vaşinqton bu zonanı nəzarətdə saxlayacağının demişdi. Ancaq ümumilikdə aparıcı dövlətlərin mövqeyi fərqlidir və dəyişkəndir. Rəsmi Ankaranın mövqeyi isə qətidir, bu istiqamətdə hər hansı dəyişiklik yoxdur. Düşünürəm ki, Türkiyə bu zonaya nəzarət etmək üçün əlindən gələni edəcək və buna nail olacaq”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular