05:03 26 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev
© Sputnik / Murad Orujov

Azərbaycanda daha çox korrupsiya halları olan sahələr - Hüquq müdafiəçisindən şərh

RADİO
Qısa URL
185 0 0

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyir ki, bir çox tikinti koorparativləri vətəndaşları aldatmaqla məşğul olublar

“Azərbaycanda korrupsiyanın daha çox yayıldığı sahə tikinti sahəsidir”. Bunu Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Kamal Cəfərov “Facebook” sosial şəbəkəsindəki hesabında canlı yayım zamanı deyib.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Sputnik Azərbaycan-a deyir ki, tikinti sahəsində baş verən korrupsiya hallarının nəticəsini bir neçə müddət əvvəl baş vermiş hadisələrdə görmək olar:

“Bir çox tikinti koorparativləri vətəndaşları aldatmaqla məşğul olublar. Bu onunla bağlı idi ki, tikintisinə başlanmış binanın qeydiyyatı aparılmırdı. Hazırda isə qanunvericiliyə edilmiş dəyişikliyə əsasən tikintiyə başlanarkən bina Əmlak Məsələləri Dövlət Komitəsində müvafiq qeydiyyatdan keçməlidir. Bu da korrupsiyanın qarşısını almaq üçün atılan addımlardan biridir. Onu da qeyd edim ki, sosial sektorda korrupsiya halları hələ də mövcuddur və səviyyəsi heç də aşağı deyil. Ümumilikdə baş verən korrupsiya hallarının müxtəlif səbəbləri var”.

Əliməmməd Nuriyevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

 

Əsas mövzular