15:21 18 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9230
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
© Sputnik / Murad Orujov

Politoloq Rusiyaya qarşı sanksiyaların effektsiz olduğunu deyir

RADİO
Qısa URL
101 0 0

Politoloq Fikrət Sadıxov bildirir ki, sanksiyalar Rusiyanın iqtisadi potensialına o qədər də böyük təsir göstərməyib

“Sanksiyalar qərb ölkələri, o cümlədən ABŞ üçün vasitəyə çevrilib”. Bunu Sputnik Azərbaycan-a Rusiya qarşı sanksiyalar haqqında danışarkən politoloq Fikrət Sadıxov deyib.

Politoloq bildirib ki, qərəb ölkələri vasitə kimi sanksiyalardan aktiv şəkildə istifadə edirlər: “Təbii ki, bu sanksiyaların ölkələrə iqtisadi baxımdan təsirləri var. Amma sanksiyalar Rusiyanın iqtisadi potensialına o qədər də böyük təsir göstərməyib. Rusiya daxili potensialından istifadə edir, hərbi sənaye imkanlarını artırır. Sanksiyalar sadəcə olaraq qarşıdurmanı gərginləşdirir, Rusiya və ABŞ arasında gərginliyi artırır. Sağlam düşüncəli avropa siyasətçiləri bunu anladıqlarına görə, sanksiyalardan imtina etmək istəyirlər. Ona görə də sanksiya tətbiq olunarkən nəzərdə tutulmuş məqsədlər nail olunmur”.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Dmitri Velik İtaliyanın Rusiyaya qarşı sanksiyalardan imtina edəcəyi təqdirdə bu ölkəyə səfər edəcəyini açıqlayıb.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular