Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Sahibkarların kateqoriyalara bölünməsi qeyri-neft sektorunun inkişafına necə təsir edəcək?

© © Fuad İbrahimovun şəxsi arxivindənİqtisadçı-ekspert Fuad İbrahimov
İqtisadçı-ekspert Fuad İbrahimov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı-ekspert Fuad İbrahimov deyir ki, qeyri-neft sektorunun inkişafı üçün bölgü tədbirləri həyata keçirilməlidir
Fuad İbrahimov: “Bu addım sahibkarlıq subyektlərinin tərəqqisinə töhfəsini verəcək”

Dekabrın 21-də Nazirlər Kabineti "Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nı təsdiq edib. İşçi sayı 1-dən 10-a, illik gəlirləri 200 min manatadək olanlar mikro sahibkarlıq, işçi sayı 11-dən 50-dək, illik gəlirləri 200 min manatdan 3 milyon manatadək olanlar kiçik sahibkarlıq, işçi sayı 51-dən 250-dək, illik gəlirləri 3 milyondan 30 milyon manatadək olanlar orta sahibkarlıq, işçi sayı 251 və ondan yuxarı, illik gəlirləri 30 milyon manatdan yuxarı olanlar isə iri sahibkarlıq subyektləri hesab olunur.

İqtisadçı-ekspert Fuad İbrahimov Sputnik Azərbaycan-a deyir ki, bu addım sahibkarlığın inkişafına təkan verəcək: “Qeyri-neft sektorunun inkişafı üçün bu metodlar ölkədə çoxdan tətbiq edilməli idi. Ümumiyyətlə, bazar iqtisadiyyatında hər hansı bir sahənin, məsələn, qeyri-neft sektorunun inkişafı üçün bölgü tədbirləri həyata keçirilməlidir. Bölgünün aparılması ilə qeyri-neft sektorunun inkişafında əməli işlər görə biləcəyik. Eyni zamanda, bu addım mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin tərəqqisinə töhfəsini verəcək”.

Qeyd edək ki, illik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün “işçilərin orta siyahı sayı” və “illik gəliri” meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0