12:21 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
İnam Kərimov, Kənd Təsərrüfatı naziri
© Sputnik / Irade JELIL

Nazir “Aqrar tədarük və təchizat” ASC-nin fəaliyyət prinsiplərini açıqladı

RADİO
Qısa URL
12110

İnam Kərimov deyir ki, yeni səhimdar cəmiyyətin yaradılması Prezidentin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir

“Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” ASC-nin yaradılması ölkə Prezidentinin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir və fermerlərin rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir”. Sputnik Azərbaycan xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

“Fərman ölkədə kənd təsərrüfatı məhsullarının istehsalını və emalını stimullaşdırmağı, dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının sistemliliyini təmin edəcək. Dövlət başçısının qarşımıza qoyduğu vəzifələrin icrası üçün fəaliyyətimizdə dörd əsas prinsipə əsaslanacağıq: aşağı qiymət və dövlət vəsaitinə qənaət etmək; keyfiyyətli məhsul istehsalı və təhlükəsiz qida ilə təminat; ədalətli rəqabət və yerli məhsul istehsalına dəstək; çevik və şəffaf idarəetmənin təşkili. “Aqrar tədarük və təchizat” şirkəti fəaliyyətini qısa zaman ərzində quracaqdır”, - İ.Kərimov qeyd edib.

Nazirin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular