09:25 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Бизнес-форум ЕС-Азербайджан
© Sputnik / Murad Orujov

Mikayıl Cabbarov Vergi Məcəlləsinə dəyişikliklərin istiqamətlərini açıqladı

RADİO
Qısa URL
241 0 0

Vergilər naziri deyir ki, Vergi Məcəlləsinə dəyişikliklər beş vacib istiqaməti əhatə edəcək

“2019-cu il büdcə paketinə daxil edilmiş Vergi Məcəlləsinə dəyişikliklər beş vacib istiqaməti əhatə edəcək”. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Vergilər naziri Mikayıl Cabbarov deyib.

“Birinci istiqamət sahibkarlığın dəstəklənməsi olacaq ki, bu da həm iqtisadi inkişaf, həm də vergi ödəyicilərinin hüquqlarının artırılması baxımından vacibdir. İkinci istiqamət “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və iqtisadiyyatda şəffaflığın təmin olunmasıdır. Üçüncü istiqamət vergitutma bazasının genişləndirilməsi, dördüncü istiqamət iqtisadi səmərəliliyin artırılması üçün vergi güzəştlərinin tətbiq edilməsi olacaq. Dəyişikliklərin əhatə etdiyi beşinci istiqamət vergi idarəetməsinin müasirləşdirilməsi olacaq” - deyə o bildirib.

Nazirin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular