15:29 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274

Ekspert iqtisadiyyatda rəqabət qabiliyyətinin artırılması üçün şərtləri açıqladı

RADİO
Qısa URL
6010

İqtisad elmləri doktoru Müslüm İbrahimov deyir ki, rəqabətqabiliyyətinin artırılması üçün dörd istiqamətdə işlər görülməlidir

Prezident İlham Əliyev qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad elmləri doktoru Müslüm İbrahimov Sputnik Azərbaycan-a deyir ki, qeyri-neft sektorunda rəqabətqabiliyyətinin artırılması üçün dörd istiqamətdə işlər görülməlidir: 

“İlk növbədə bazarda satışa çıxarılan məhsulların həcmi artırılmalı, keyfiyyəti yüksəldilməli, xərclər azaldılmalı və benchmarkinqə diqqət yetirilməlidir. Bu gün ölkəmizdə qeyri-neft sektoruna böyük diqqət yetirilir. Bunu nəzərə alaraq demək olar ki,  bu gün məhsul istehsalının artırılmasında müsbət nəticələr əldə olunub. Yeni texnologiyaların tətbiq olunması da qeyri-neft sektorunun inkiaşfında xüsusi rol oynayır”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular