18:42 18 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0249
  • USD1.7000
  • EUR1.9876
Elşad Məmmədov
© Sputnik / Anar Mustafayev

Ekspert: “Azərbaycan sahibkarları üçün türk lirəsinə keçid məqbul deyil”

RADİO
Qısa URL
15210

Professor Elşad Məmmədov deyir ki, bu keçid bəlkə hansısa dövlət layihələrində qısa müddətli mümkün olsun

Türkiyə və Azərbaycanın ticarətdə milli valyutaya keçməsi üçün danışıqlar aparılır. Bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Sputnik Azərbaycan-a deyir ki, bu məsələ çox problemli görünür: 

“Çünki Azərbaycan ixracatçıları üçün qarşlıqlı ticarət əlaqələrində türk lirəsinə keçid məqbul deyil. Heç bir biznes qurum zərərlə işləməyə hazır deyil. Bunu normal qəbul etmək lazımdır. İqtisadiyyatın əsaslarından biri biznes proseslərinin rentabelli və  mənfəətli olmasından ibarətdir. Düşünürəm ki, bu keçid bəlkə hansısa dövlət layihələrində qısa müddətli mümkün olsun. Amma düşünmürəm ki, hazırki şəraitdə Azərbaycan və Türkiyənin xarici ticarət əlaqələrində milli valyutaya keçilməsi dayanıqlı və iri həcmli olsun”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular