13:26 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Politoloq: “Türkiyə Suriyada əməliyyatların genişlənməsindən narahatdır”

RADİO
Qısa URL
196 0 0

Politoloq İlqar Vəlizadə deyir ki, hər üç ölkə - Rusiya, İran və Türkiyə münaqişəyə digər qüvvələrin qoşulmasını yolverilməz hesab edir

İlqar Vəlizadə: “Tehran sammitinin yekunlarına birmənalı yanaşmaq olmaz”
Ötən həftə Tehranda Türkiyə lideri Ərdoğan, Rusiya lideri Putin və İran Prezidenti Ruhaninin iştirakı ilə Suriya sammiti keçirilib. Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Tehran sammiti tərəflər arasında ziddiyyətlərin mövcud olduğunu göstərdi: 

“İdlibdə keçirilən əməliyyatlar bu ziddiyyətləri dərinləşdirə bilər. Bu sammitin yekunlarına birmənalı yanaşmaq olmaz. Tərəflər bölgədəki terror qruplarına qarşı əməliyyatların keçirilməsinin zəruriliyini anlayır. Həmçinin hər 3 tərəf münaqişəyə digər qüvvələrin qoşulmasını yol verilməz hesab edir. Türkiyə əməliyyatların miqyasının genişlənməsindən narahatdır. Buna səbəb isə yenidən ölkəyə çoxsaylı suriyalı qaçqınların gəlmə ehtimalıdır”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular