03:32 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Fikrət Sadıxov – Qərbi Kaspi Universitetinin professoru
© Sputnik / Murad Orujov

Politoloq: “Azərbaycanın təşəbbüskarı olduğu layihələrə Rusiyanın münasibəti dəyişməyəcək”

RADİO
Qısa URL
1901

Politoloq Fikrət Sadıxov deyir ki, bundan sonra da Azərbaycanın təşəbbüskarı olduğu layihələrə Rusiyanın münasibəti dəyişməyəcək

“Azərbaycan-Rusiya münasibətlərindən danışanda onun strateji partnyorluq səviyyəsi qabardılır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində “Cənubi Qafqaz” politoloqlar klubunun 58-ci iclasında çıxış zamanı politoloq Fikrət Sadıxov deyib.

Politoloq bildirib ki, iki ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi üçün müəyyən ehtiyyatları da var: “Bizim münasibətlərimiz bir çox istiqamətlərdə inkişafdadır. Azərbaycan-Rusiya münasibətlərinin regionda maraqları zəngindir. Düşünürəm ki, bundan sonra da Azərbaycanın təşəbbüskarı olduğu layihələrə Rusiyanın münasibəti dəyişməyəcək. Rusiya regionda və dünyada vəziyyətin dəyişdiyini anlayır. Dövlət başçılarının münasibəti əlaqələrin inkişafına də töhfəsini verir”.

Qeyd edək ki, sentyabrın 1-də Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş keçiriləcək.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular