06:20 24 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

İqtisadçı: “Azərbaycan Gürcüstanın güclü olmasında maraqlıdır”

RADİO
Qısa URL
210 0 0

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə deyir ki, Gürcüstanın tranzit rolunu oynaması Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyət kəsb edir

Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına 465 mln. ABŞ dolları məbləğində investisiya qoyub. Azərbaycan bu göstəriciyə görə bütün ölkələri üstələyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyir ki, Gürcüstan Azərbaycan üçün çox önəmli ölkədir: “Gürcüstan Azərbaycanın Qərbə açılan qapısı rolunu oynayır. Gürcüstanın tranzit rolunu oynaması Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyət kəsb edir. Bizim əsas regional layihələrimiz Gürcüstan üzərindən həyata keçirilir. Azərbaycan Gürcüstanın da iqtisadiyyatının güclü olmasına çalışmalıdır. Ona görə də Gürcüstana qoyulan bu investisiyalar önəmli hesab olunmalıdır. Müasir dünyada qonşusu yoxsul olan ölkənin zəngin olması çətindir”.

Qeyd edək ki, ötən il qonşu ölkəyə 1,888 mlrd. dollar xarici investisiya yatırılıb ki, bu da əvvəlki illə müqayisədə 20,6% çoxdur.

Əsas mövzular