05:07 16 Avqust 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9254
Azər Həsrət
© Sputnik / Murad Orujov

Azər Həsrət: “Azərbaycan dilinin əlavə qorunmaya ehtiyacı var”

RADİO
Qısa URL
147 0 0

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, yeni informasiya texnologiyaları əsrində Azərbaycan dili ciddi şəkildə təhrif olunmaqdadır

Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncam imzalayıb.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan dilinin qorunması ilə bağlı belə bir sənədin imzalanması təqdir olunmalıdır:  “Yeni informasiya texnologiyaları əsrində Azərbaycan dili ciddi şəkildə təhrif olunmaqdadır. Həmçinin Azərbaycana gələn xaricilərin dilimizin təhrif olunmasında iştirakının qarşısını almaq üçün belə bir müdafiə zəruridir.  Hazırki şəraitdə Azərbaycan dilinin əlavə qorunmaya ehtiyacı var. Biz də Azərbaycan dilinin müdafiəsinə töhfəmizi verməliyik”.

Qeyd edək ki, sərəncama əsəsən, Xarici İşlər Nazirliyi Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycanda “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinə, həyata keçirilməsi mexanizmlərinə və icra müddətinə dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular