16:51 16 İyul 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR1.9874

Koreyada yaşayan azərbaycanlı politoloq: “Şimali Koreya Trampa inanmır”

RADİO
Qısa URL
129 0 0

Politoloq Rövşən İbrahimov deyir ki, proses qısa müddətdir başlayıb və tez bir zamanda hansısa müsbtə dəyişiklərin baş verməsi qeyri-mümkündür

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpindən sanksiyaların ləğv edilməsi prosesini sürətləndirməyi xahiş edib.

Cənubi Koreyanın Hankuk universitetinin dosenti, politoloq Rövşən İbrahimov Sputnik Azərbaycan-a deyir ki, hazırda Şimali Koreya nüvə potensialını ləğv etməyə başlayıb: 

“ABŞ və Şimali Koreya lideri arasında imzalanan müqavilə müsbət qiymətləndirilsə də, hazırda tərəflərin müqavilədəki öhdəlikləri hansı şəkildə yerinə yetirəcəkləri aydın deyil. Proses qısa müddətdir başlayıb və tez bir zamanda hansısa müsbət dəyişikliklərin baş verməsi qeyri-mümkündür. Trampın bu müqavilədən müsbət gözləntisi olsa da, hələ də onun administrasiyasında buna inanmayanlar var. Şimali Koreya bundan sonra da özünə qarşı sanksiyaların ləğv edilməsi yollarını axtaracaq”. İyunun 12-də ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In Sinqapurdakı sammit çərçivəsində ikitərəfli müqavilələr imzalayıblar.

Rövşən İbrahimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular