SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənilər niyə II Qareginə qarşı çıxır - Ekspert şərhi

© Sputnik / Murad OrujovPolitoloq Fikrət Sadıxov
Politoloq Fikrət Sadıxov - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, belə aksiyalarda din xadimlərinin istefasının tələb edilməsi istisna deyil

Fikrət Sadıxov: “Ermənistanda təmizlənmə bütün təbəqələrdə gedəcək”
“Əgər xalq hakimiyyət dəyişikliyinə nail ola bilibsə, deməli bu təmizləmə bütün təbəqələrdə gedəcək”. Bunu politoloq Fikrət Sadıxov Spuntik Azərbaycan-a açıqlamasında İrəvanda keçirilən aksiyalara münasibət bildirərkən deyib.

Politoloq qeyd edib ki, belə aksiyalarda din xadimlərinin istefasının tələb edilməsi istisna deyil: "Hamıya bəllidir ki, II Qaregin keçmiş siyasi hakimiyyətlə sıx bağlı idi. II Qaregin onlardan fərqli heç bir addım atmırdı. II Qareginin istefa verəcəyini istisna etmirəm. O da istefaya göndəriləcək. Ancaq ona da əmin deyiləm ki, onun yerinə gələn yeni din xadimləri II Qaregindən fərqli fəaliyyət göstərəcəklər. Əgər bu dəyişiklik baş tutsa, yəni II Qaragin istefa versə, bu, Ermənistandakı hakimiyyət dəyişikliyi ilə sıx bağlıdır”.

Qeyd edək ki, bir müddət öncə İrəvanda keçirilən aksiyalarda etirazçılar II Qareginin vəzifəsindən imtina etməsini tələb edirdilər. Etirazçılar içərisində din xadimləri də var. 

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0