Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Bankların xarici borcunun artması nə vaxta kimi davam edəcək – ekspert şərhi

© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı Elşən Bağırzadə deyir ki, banklar əlverişli şərtlərlə ölkəyə maliyyə resursları cəlb edə bilirlərsə bu kifayət qədər müsbət addımdır

Elşən Bağırzadə: “Azərbaycanda kredit dərəcələri kifayət qədər yüksəkdir”
Azərbaycan Mərkəzi Bankı mart ayı ilə müqayisədə apreldə bankların xarici borclanmasının 7,5 mln. manat və ya 0,4% artdığını bildirib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyir ki, bu artımlar əslində o qədər də böyük rəqəm deyil: 

“Bu təhlükəli bir hədd deyil. Ümumiyyətlə, əgər Azərbaycan bankları əlverişli şərtlərlə ölkəyə maliyyə resursları cəlb edə bilirlərsə, bu kifayət qədər müsbət addımdır. Azərbaycanda istehlak və investitsiya kreditlərinin dərəcələri kifayət qədər yüksəkdir. Ona görə də geniş kredit resurslarına çıxış imkanlarının olması müsbət haldır. Hələlik bu məsələdə problemli heç nə yoxdur”.

Xəbər lenti
0