06:55 21 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9459

Teatrşünas alim III Şəki Beynəlxalq Teatr Festivalının əhəmiyyətindən danışır

RADİO
Qısa URL
119 0 0

Teatrşünas alim Vidadi Qafarov deyir ki, Azərbaycan teatrlarının dünyaya inteqrasiya etməsi üçün belə festivalların keçirilməsi çox faydalıdır

Şəkidə növbəti beynəlxalq tədbir – “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı başlayıb.

Teatrşünas alim Vidadi Qafarov Sputnik Azərbaycan-a deyir ki, bu festival artıq üçüncü dəfədir keçirilir: “Festival “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı”nın tərkib hissəsi olaraq keçirilir. Bu dəfəki festivalda Azərbaycandan başqa 6 ölkənin teatrı iştirak edir. Sözsüz ki, hər bir festival bizim üçün böyük bayramdır. Belə festivallar sənət, yaradıcılıq mübadiləsi baxımından qiymətlidir. Bu, həm də xarici teatrlarla əlaqələrin qurulması baxımından əhəmiyyətlidir. Azərbaycan teatrlarının dünyaya inteqrasiya etməsi üçün belə festivalların keçirilməsi çox faydalıdır”. 

Qeyd edək ki, “Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 və Azərbaycan milli peşəkar teatrının 145 illiyinə həsr olunub.

Teatrşünas alim Vidadi Qafarovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular