Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Kənd təsərrüfatı naziri baramaçılığın və ipəkçiliyin yeni hədəflərini açıqladı

© Photo : ASAN XidmətKənd təsərrüfatı naziri İnam Kərimov
Kənd təsərrüfatı naziri İnam Kərimov - Sputnik Azərbaycan
Abunə olmaq
Kənd təsərrüfatı naziri İnam Kərimov deyir ki, Çindən müqavilə əsasında 13 000 qutu yüksək keyfiyyətli ipəkqurdu toxumları alınıb

İnam Kərimov: “Bu il 450-500 ton yaş barama istehsalı nəzərdə tutulub”
Kənd təsərrüfatı naziri İnam Kərimov Qax rayonunda kümçülərə ipəkqurdunun paylanması prosesində iştirak edib. 

Sputnik Azərbaycan-ın məlumatına görə, nazir bildirib ki, proqramın həyata keçirilməsi nəticəsində 2025-ci ilə qədər barama istehsalının 6 000 tona çatdırlması nəzərdə tutulub:

“2017-ci ildə ölkədə 245 ton yaş barama istehsal olunub. Baramaçılığın yem bazasının formalaşdırılması məqsədilə 2,5 milyon tut tingi tədarük edilərək baramaçılıq rayonlarında Çin texnologiyası əsasında intensiv bağlar salınıb. Cari ildə Çindən müqavilə əsasında 13 000 qutu yüksək keyfiyyətli ipəkqurdu toxumları alınıb, respublikamızın iqlim şəraiti nəzərə alınaraq iki mərhələdə ölkəmizə gətirilib. Bu il aprelin 17-də ilkin mərhələdə 7 000 qutu yüksək keyfiyyətli hibrit ipəkqurdunun toxumları Nazirliyin Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyulub və 99-100% yüksək keyfiyyətli baramaqurdu əldə edilərək bölgü əsasında Azərbaycanın 22 rayonunun kümçülərinə əvəzsiz olaraq paylanılıb. Bu il respublikada 450-500 ton yaş barama istehsalı nəzərdə tutulub, bu da ötən illə müqayisədə 2 dəfə çoxdur”. 

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci il noyabrın 27-də imzaladığı sərəncamla “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. 

Kənd təsərrüfatı naziri İnam Kərimovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0