07:47 19 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Видеомост Баку-Минск-Кишинев-Бишкек на тему Международный день блога глазами блогеров из СНГ
© Sputnik / Murad Orujov

Politoloq: “Trampın Çini sıxışdırması təsadüfü deyil”

RADİO
Qısa URL
197 0 0

Politoloq İlqar Vəlizadə deyir ki, ABŞ və Çin arasında mənfi saldo yaranıb. Mənfi saldonun yaranması iri biznes nümayəndələrinin narahatlığına səbəb olub

“Vaşinqton Pekinlə ticarət müharibəsini uzun illər əvvəl uduzub”. Bu barədə ABŞ prezidenti Donald Tramp öz “Twitter” səhifəsində yazıb. Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, bu ABŞ-ın iqtisadi münasibətlərində birinci hal deyil:

“Son illər ABŞ və Çin arasında ticari əməliyyatlarda mənfi saldo yaranıb. Mənfi saldonun yaranması ABŞ-ın iri biznes nümayəndələrinin narahatlığına səbəb olub. Trampın atdığı addımlar siyasi dəstək qazanmağa hesablanıb. Düşünürəm ki, bu müəmmalı vəziyyət bu ilin axırına qədər qalacaq. Biz ilin sonunda biləcəyik ki, real biznes Trampın atdığı addımlara hazırdır, yoxsa yox”.

Çin ABŞ-dan idxal olunan 128 adda məhsula rüsumlar tədbiq edib. Sözü gedən tədbirlərin bu yaxınlarda ABŞ administrasiyasının Çin mallarına tədbiq etdiyi rüsumlara cavab olaraq həyata keçirildiyi bildirilir.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular