Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli Sputnik Azərbaycan-a deyir ki, bu üç ölkə uzun müddətdir əməkdaşlıq edir:
“Regionun təhlükəsizliyi bu ölkələr üçün çox əhəmiyyətlidir. Dünyada terrorizm və seperatizm meylləri güclənib. Bu ölkələr də bundan əziyyət çəkib. Ona görə də bu ölkələr bu məsələlərlə mübarizə üçün əməkdaşlığı qarşılarına məqsəd qoyublar. Üçtərəfli əməkdaşlıq dünyada sülhün təminatına yönəlib. Ona görə də bu əməkdaşlıq regionumuzda sülhün və təhlükəsizliyin qorunması üçün vacibdir”.
Hərbi ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz