01:16 18 İyul 2018
Canlı yayım
  • RUB0.0273
  • USD1.7000
  • EUR1.9921

Ekspert: “Daha yaxşı işləyən daha yüksək əməkhaqqı alacaq”

RADİO
Qısa URL
171 0 0

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, daha keyfiyyətli iş həyata keçirən, daha çox töhfə verən işçi daha yüksək əmək haqqı alacaq

Azərbaycanda 2018-ci ilin iyul ayınadək büdcədən maliyyələşən təşkilatlarda tətbiq olunan əməyin ödənişi sisteminə yenidən baxılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulur. Bu, Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti üzrə hesabatında öz əksini tapıb.

İqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyir ki, burada əməyin yenidən qiymətləndirilməsi ilə bağlı 2 məqamın nəzərə alınması qeyd olunub:

“İqtisadi risklərin qiymətləndirilməsi dedik də daha çox müəssisədaxili iqtisadi risklərin hesablanmasını, eyni zamanda müəssisədən, yəni iş yerindən asılı olmayan iqtisadi risklərin qiymətləndirilməsi və nəzərə alınması nəzərdə tutulur. Bir müəssisədə iki fərqli şəxs eyni mövqedə çalışırsa, onların əmək haqları mövcud qanunvericiliyə görə eynidir. Daha keyfiyyətli iş həyata keçirən, daha çox töhfə verən işçi daha yüksək əməkhaqqı alacaq. Bu da əməyin qiymətləndirilməsi zamanı diferensial sistemin tətbiq edilməsi anlamına gəlir”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Əsas mövzular