07:08 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Politoloq: İslamafobiya dünyanı fəlakətə sürükləyir

RADİO
Qısa URL
102 0 0

Politoloq Tofiq Abbasov deyir ki, islamafobiyanın genişlənməsi narahatlıq doğurur

Tofiq Abbasov: “Sağlam İslamın qayəsi sülh və dialoq aparmaqdır”
Mart ayının əvvəllərində Almaniyanın Berlin və Lauffen-am-Nekkar şəhərlərində yerləşən türk məscidlərinə hücumlar olunub. Politoloq Tofiq Abbasov Sputnik Azərbaycan-a deyir ki, islamafobiyanın dünyada genişlənməsi narahatlıq doğuran haldır: 

“Artıq neçə illərdir bu cərəyan müxtəlif güc mərkəzlərindən qidalanır. Müxtəlif yerlərdə İslamı terror ideologiyasına bərabər edirlər. Bu həqiqətə uyğun deyil və cinayətkarlıqdır. Sağlam İslamın qayəsi sülh, bərabərlik, barışıq və dialoq aparmaqdır. İslamafobiya sonda bütün dünyanı fəlakətə sürükləyə bilər”.

Qeyd edək ki, Türkiyə Almaniyanı türk məscidlərinə hücumların qarşısını almaq üçün addımlar atmağa çağırıb. 

Ekspertin geniş şərhinə audiofayılda qulaq asa bilərsiniz.

Əsas mövzular