https://cdn1.img.sputnik.az/i/logo-itemprop.png
Sputnik Azerbaycan
https://cdn2.img.sputnik.az/i/logo.png
Sputnik
https://cdn2.img.sputnik.az/i/logo.png
https://sputnik.az/radio/20180227/414211936/xalq-artisit-beynelxalq-muqam-musabiqesi.html
Azərbaycanın Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov deyir ki, bu ölkəmizin tanınması, musiqimizin inkişafı üçün önəm daşıyır
Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə 7-14 mart tarixlərində Azərbaycanda “Muğam aləmi” V Beynəlxalq Muğam festivalı keçiriləcək.
Azərbaycanın Xalq artisti, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov Sputnik Azərbaycan-a deyir ki, Bakının beynəlxalq muğam müsabiqəsinə ev sahibliyi etməsi çox önəmli hadisədir:
“Bu, ölkəmizin tanınması, musiqimizin inkişafı üçün önəm daşıyır. Qeyd etmək istəyirəm ki, bu günlərdə V Respublika Muğam müsabiqəsi başa çatdı. Həmin müsabiqədən seçilən 6 nəfər laureat bizi beynəlxalq festivalda təmsil edəcək. Hesab edirəm ki, budəfəki müsabiqədə də bizim təmsilçilərimiz uğurla çıxış edəcəklər”.