Ramil Osmanlı: “Neftin qiymətinin artması bazarda nisbi canlanma yaradıb”
2017-ci il daşınmaz əmlak bazarında alqı-satqı əməliyyatlarında azalmalar müşahidə edilib. Bunu Sputnik Azərbaycan-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.
“Problemli aktivlərin artması da bazarda ümumi vəziyyətə mənfi təsir göstərib. Təklif həcmi artsa da, tələb aşağı düşübdür. Ancaq ilin sonuna doğru neftin qiymətindəki artımlar bazarda nisbi canlanma yaradıb” — deyə o bildirib.