Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Hüseyn: “Qəbələdə keçirilən “Poeziya günü” ədəbi qütbləri birləşdirdi”

© SputnikМолодой поэт Фарид Гусейн
Молодой поэт Фарид Гусейн - Sputnik Azərbaycan
Abunə olmaq
Şair-esseist Fərid Hüseyn deyir ki, belə tədbirlərin gənc yazarların ədəbi mühitdə tanınmasında xüsusi rolu var

Fərid Hüseyn: “Belə tədbirlərin təqdirə layiqdir”
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə dekabrın 15-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində vətənpərvərlik mövzusuna həsr olunmuş “Poeziya günü” keçirilib.

“Poeziya günü”nün iştirakçılarından şair-esseist Fərid Hüseyn Sputnik Azərbaycan-a deyir ki, Qəbələdə keçirilən “Poeziya günü” müxtəlif ədəbi qütbləri bir araya gətirdi: 

“Tədbir çox yüksək səviyyədə təşkil edilmişdi. “Poeziya günü”nün mövzusu da aktuallıq daşıyırdı. Belə tədbirlərin keçirilməsi və Qəbələnin poeziya paytaxtına çevrilməsi təqdirə layiqdir”.

Xəbər lenti
0