Kamran Əsədov: “Orta təhsil almaqla bağlı Azərbaycanda problem yoxdur”
“Azərbaycanın bəzi rayonlarında qızlar 9-cu sinfədək təhsil ala bilmirlər”. Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda qızların təhsil ala bilməməsində əsas səbəblərindən biri erkən nikahlardır:
“Təhsildən belə yayınma halları ümumi təhsil alanların bir faizi həcmində deyil. Azərbaycan əhalisinin oxuma-yazma bacarıqları BMT-nin statistikasında 100 faiz göstərilir. Bu da təhsilin icbari şəkildə dövlət tərəfindən pulsuz tətbiq edilməsinə görədir”.