08:40 20 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Vəlizadə: “Azərbaycan gələn ilin əvvəllərində Avropa İttifaqı ilə saziş bağlayacaq”

RADİO
Qısa URL
92 0 0

Politoloq İlqar Vəlizadə deyir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sənədin imzalanması prosesi sürətləndirilib

İlqar Vəlizadə: “İnanırıq ki, münasibətlər daha sıx və ardıcıl şəkildə inkişaf edəcək”
“Brüssel sammitinin yekunları onu göstərdi ki, Azərbaycanın son illər apardığı siyasət öz bəhrəsini verir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

“Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sənədin imzalanması prosesi sürətləndirilib. Sammit onu göstərir ki, Azərbaycan gələn ilin əvvəllərində Avropa İttifaqı ilə saziş bağlayacaq. Hər iki tərəfin prioritetləri və strateji məqsədləri bəllidir. Azərbaycan və Avropa İttifaqı münasibətlərinə nikbin baxırıq. İnanırıq ki, bu münasibətlər daha sıx və ardıcıl şəkildə inkişaf edəcək” — deyə o bildirib.

Qeyd edək ki, noyabrın 24-də Belçikanın paytaxtı Brüsseldə Şərq Tərəfdaşlığı ölkələrinin sammitində qəbul edilən Birgə Bəyannamədə Şərq Tərəfdaşlığının bütün dövlətlərinin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi birmənalı olaraq bir daha dəstəklənib.

Əsas mövzular