10:00 20 Avqust 2017
Canlı yayım
Студия международного информационного агентства и радио Sputnik в ЭкспоФоруме, фото из архива
© Sputnik / Igor Russak

Sosioloq: “İşsiz əhalinin məvaciblə təmin olunması onların rifahına təsir edəcək”

RADİO
Qısa URL
33 0 0

Sosioloq Cavid İmamoğlu deyir ki, bu, dövlətin sosial siyasət yeritməsinin nəticəsidir

Azərbaycan prezidenti İlham Əliyev “İşsizlikdən sığorta haqqında” 2017-ci il 30 iyun tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

Sosioloq Cavid İmamoğlu Sputnik Azərbaycan-a deyir ki, dövlətin sosial siyasət yeritməsinin nəticəsi olaraq, bu gün işsiz əhalinin işsizliyə görə sığorta ilə təmin olunması gündəmdədir: “İşsiz əhalinin işləmədiyi müddətdə məvaciblə təmin olunması onların rifahına təsir edən haldır. Sosial baxımdan bu, təqdirə layiqdir”.

“Məşğulluq bu gün ölkə əhalisinin ən prioritet məsələsidir. Bu sığorta iş yerlərinin aktiv olmağına gətirib çıxaracaq, həmçinin mümkün işsiz insanların sığortalanması ilə nəticələnəcək. Sığorta olan yerdə qayda-qanun olur. Hər baxımdan bu fərman məşğulluq siyasətinə xidmət edir” – deyə o bildirib.

Əsas mövzular