03:15 23 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8808
İstanbulda Qətərə dəstək mitinqi, 7 iyun 2017-ci il
© REUTERS / Murad Sezer

“Qətər ətrafında baş verən hadisələrdə əsas hədəf Türkiyədir”

RADİO
Qısa URL
11601

Politoloq Mübariz Əhmədoğlu deyir ki, bütün baş verən hadisələr çox ciddi proseslər getdiyini göstərir

Sәudiyyә Әrәbistanın rәhbәrlik etdiyi әrәb ölkәlәrinin Qәtәrә tәtbiq etdiyi sanksiyalar davam etdiyi bir vaxtda Misir prezidenti Әbdülfәttah Sisi Türkiyәyә dә sanksiya tәtbiq edilməsini tәklif edib. Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycana deyir ki, Qətər böhranı klassik siyasi düstürlarla çox çətin izah olunur:

“Qətərlə Amerika arasında 12 milyard dollarlıq müqavilə imzalan kimi Amerika mövqeyini dəyişir. Bütün olanlar onu göstərir ki, çox ciddi proseslər gedir. Mümkündür ki, indi baş verən hadisələr Qətər üçün nəzərdə tutulmuş olmasın”.

“Ərəb dövlətlərində inqilablar zamanı yeni hakimiyyətə gələnlər hamısı üzünü Türkiyəyə doğru çevirmişdi. İndi görünür ərəb dövlətləri bunu yaddan çıxartmayıb. Hadisələrin gedişi də göstərir ki, əsas hədəf Qətər deyil Türkiyədir” – deyə o bildirib.

Əsas mövzular