17:27 25 Fevral 2018
Canlı yayım
Nadir İsrafilov
© Sputnik / Murad Orujov

Ekspert: “Məktəbəqədər hazırlıq istənilən səviyyədə deyil”

RADİO
Qısa URL
4010

Təhsil eksperti Nadir İsrafilov deyir ki, məktəbəqədər təhsil haqqında qanunun qəbulu bu sahədə boşluqların aradan qaldırılmasında mühüm rol oynayacaq

Təhsilə dair dövlət strategiyasının əsas prioritet vəzifələrindən biri məktəbəqədər hazırlıq məsələləridir. Bunu Sputnik Azərbaycana açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib. “Məktəbəqədər hazırlıq bizdə qaneedici olmayıb. Bu baxımdan məktəbəqədər hazırlıq şəbəkəsinin genişləndirilməsi istiqamətində xeyli mühüm addımlar atılıb. Məktəbəqədər təhsil haqqında qanunun qəbulu bu sahədə boşluqların aradan qaldırılmasında mühüm rol oynayacaq”.

“Digər tərəfdən, təhsilimizdə xeyli dəyişikliklər var. Məktəblərə qəbulun elektronlaşdırılması, 12 illik təhsilə keçidlə bağlı təmayül siniflərinin şəbəkəsinin artırılmasını qeyd etmək olar. Təhsilin əsas vəzifəsi sistemləşdirilmiş bilik, bacarıq və vərdişlər aşılamaqdır” – deyə o bildirib.

Əsas mövzular