15:09 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

“Ali məktəblərin təhsil haqqını endirməsi gözlənilən idi”

RADİO
Qısa URL
11010

Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, təhsil haqlarının endirilməsinin təhsilin keyfiyyətinə təsir edəcəyini düşünmürəm

Məlahət Mürşüdlü: “Bir sıra ali təhsil müəssisələrində qəbul planı dolmamışdı”
Bəzi özəl ali məktəblər yeni tədris ili üçün təhsil haqlarını aşağı salıb. Universitetdən asılı olaraq təhsil haqları 20, 30, hətta 50%-ə qədər endirilib.

Təhsil eksperti Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a deyir ki, təhsil haqlarının endirilməsinin keyfiyyətə təsir edəcəyini düşünmür: “Qiymətlərin endirilməsi gözlənilən idi. Keçən il iqtisadi vəziyyətlə əlaqədar olaraq, bir sıra ali təhsil müəssisələrində qəbul planı dolmamışdı. Bizdə məlumatlar var ki, ailələrin bəziləri ödəniş edə bilmədiyi üçün qəbul olunmuş tələbələr universitetlərə getməyib, hətta bəzi tələbələr təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb”.

“Bu iqtisadi çətinliklə, ailələrin ödəniş edə bilməməsi ilə bağlı olan endirimdir. Düşünürəm ki, bu endirim maddi-texniki bazası, müəllim, professor heyəti güclü olan ali məktəblərdə təhsilin keyfiyyətinə təsir etməyəcək” – deyə o bildirib.

Əsas mövzular