03:10 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

“Xüsusi təyinatlı İbad-2” filminin rejissoru çəkilişlərdən danışdı

RADİO
Qısa URL
24800

Natiq Novruzov deyir ki, filmi çəkməkdə məqsədləri insanlarda vətənpərvərlik hisslərini oyatmaqdır

Natiq Novruzov: “Yeni filmimizdə ermənilərin ikinci Xocalı soyqırımı törətmək niyyətindən bəhs olunur”
Rejissor Natiq Novruzov Sputnik Azərbaycan-a deyir ki, bu filmi çəkməkdə məqsədləri insanlarda vətənpərvərlik hisslərini oyatmaqdır:

“Biz “Xüsusi təyinatlı İbad-1” filmi ilə buna nail olduq. Biz İbad Hüseynovun keçdiyi şərəfli döyüş yolunun 3 faizini çəkirik. Bu gün İbad Hüseynov həyatdadır. Onun özünün və döyüş yoldaşlarının danışdıqları faktlar əsasında filmi çəkirik ”.

“Birinci film çəkiləndən sonra gördük ki, tamaşaçılar bəyəndi. İkinci filmi çəkməyi qərara aldıq. Yeni filmimizdə ermənilərin ikinci Xocalı soyqırımı törətmək niyyətindən bəhs olunur. İbad Hüseynovun iştirakı ilə Kişniş dağı, Polo təpəsi deyilən yerdə döyüşlər olub, ermənilərin artilleriyası məhv edilib. Bununla da onların bütün pis niyyətləri özlərinə qalıb” – deyə o bildirib.

İbad Hüseynov Qarabağ müharibəsi zamanı kəşfiyyat-diversiya dəstəsinin komandiri olub, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Əsas mövzular