22:34 25 Aprel 2017
Canlı yayım
Видеомост Москва – Минск – Астана – Кишинев – Баку на тему Внешнеполитические приоритеты государств СНГ
© Sputnik / Murad Orujov

Politoloq: “Yeni sanksiyalar Rusiya üçün problem yaratmayacaq”

RADİO
Qısa URL
62 0 0

Tofiq Abbasov hesab edir ki, ABŞ Rusiya ilə əməkdaşlıq etməkdən yayınmağa çalışır

Politoloq Tofiq Abbasov deyir ki, Amerikanın Rusiyaya qarşı yeni sanksiyaları effekt verməyəcək: “Söhbət Şimali Koreya, İran və digər ölkələrdən gedir. ABŞ Rusiyanı həmin dövlətlərlə əməkdaşlıq etməkdən yayındırmağa çalışır. Göstərilən dəlillər qondarmadır, çünki dünyadakı bütün dövlətlər bir-biri ilə bağlıdır. Elə Amerika da özünə düşmən saydığı ölkələrlə üçüncü tərəflərin vasitəsilə əməkdaşlıq edir. Burada söhbət ABŞ-ın Rusiyanı zəiflətmək niyyətindən gedir”.

“Rusiyanın indi öz anti-sanksiya strategiyası formalaşmaq üzrədir. O, anlayır ki, artıq çevik bir şəkildə sanksiyalarla bağlı anti-böhran proqramını həyata keçirmək lazımdır. İnanmıram ki, yeni tətbiq olunan və oluna biləcək sanksiyalar Rusiya üçün böyük bir problem yaratsın. Onlar daha çox Rusiya ilə əməkdaşlıq edən digər dövlətlərin maraqlarına təsir göstərəcək” — deyə o bildirib.

Əsas mövzular