20:22 24 Noyabr 2017
Canlı yayım
Elşad Miri
© Foto: Facebook / elshadmiri

Ekspert: “İslam dünyasının həmrəy olmasına mane olan səbəblər çoxdur”

RADİO
Qısa URL
6001

Elşad Miri: “Müsəlmanların həmrəy ola bilməməsində ən böyük səbəb başqa dövlətlərin qarşısında pessimist olmaları, məzhəb, təriqət məsələlərini gündəmə gətirmələridir”

Bakıda keçirilən “İslam Həmrəyliyi – Zamanın çağırışı” Beynəlxalq Konfransında dünya ictimaiyyətinə müraciət qəbul edilib. Konfransın iştirakçıları bildiriblər ki, sivilizasiyalar, dinlər və mədəniyyətlərarası dialoq sahəsində Azərbaycanda mövcud olan ənənələr, multikulturalizm ideyaları və dini-mədəni mühitin inkişafına göstərilən dövlət dəstəyi təqdirəlayiqdir.

İlahiyyatçı Elşad Miri deyir ki, bu gün İslam dünyasının həmrəy olmasına mane olan səbəblər çoxdur: “Müsəlmanların həmrəy ola bilməməsində ən böyük səbəb başqa dövlətlərin qarşısında pessimist olmaları, məzhəb, təriqət məsələlərini gündəmə gətirmələridir. İnanıram ki, sırf Qurana müraciət olsunsa, bu məsələlər aradan qalxar”.

“Bu gün hansısa müsəlman ölkəsi yoxdur ki, digərinə misal göstərilsin. Həmçinin elə bir demokratik ölkə anlayışı yoxdur ki, başqa demokratik ölkəyə nümunə göstərilə bilsin. Yəni, bunun özü nisbi bir məsələdir. Başqasının olduğu formanı götürəcəksənsə, sənin ölkə olaraq müstəqil olmağına nə ehtiyac var?!” – deyə o bildirib. 

Əsas mövzular