Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrının rejissoru Nicat Kazımov deyir ki, Azərbaycan teatrının yüksəlişi, dünya teatrlarından geri qalmaması, tamaşaçı zövqünü oxşayan tamaşaların hazırlanmasını arzulayır: “Mənim arzum intriqadan uzaq, maddi rifahı yüksək olan teatr görməkdir. Teatr elitar sənətdir. Ona görə də bu sahədə çalışan insanlar da o səviyyəyə uyğun yaşamalıdırlar”.
“Arzularımız həm də problemlərimizdir. Bu gün birinci növbədə problemimiz maddi cəhətdəndir. Hansısa mərtəbəni arzulayıb ora subyektiv səbəblərdən çata bilməmisənsə bu artıq problemdir. Digər problem isə teatrlarda çalışan işçilərin savad probleminin olmasıdır” – deyə o bildirib.