Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Sahibkarların vergi yükü azaldılır

© Photo : UNECUNEC Elm şöbəsinin müdiri, i.e.d., prof. Zahid Fərrux Məmmədov
UNEC Elm şöbəsinin müdiri, i.e.d., prof. Zahid Fərrux Məmmədov - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: “Vergi sistemində müasir dövrün tələblərinə uyğun işlər aparmaq lazımdır”

Zahid Məmmədov: “Vergi risklərinin minimuma endirilməsi vacib şərtlərdən biri olacaq”
Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması məqsədilə aparılan vergi islahatlarında əsas diqqət kiçik və orta sahibkarlıq subyektlərinə (KOS) yönəldiləcək. Vergilər Nazirliyi tərəfindən vergi dərəcələrinin optimal səviyyəsinin müəyyənləşdirilməsi və KOS-un dinamik inkişafı məqsədilə biznes assosiasiyaları, ictimai təşkilatlar cəlb edilməklə məsləhətləşmələr aparılacaq. Vergi siyasətində əsas diqqət əməkhaqlarına, habelə KOS subyektlərinin öz dövriyyələrini leqallaşdırmağa təşviq edilməsinə yönəldiləcək.

İqtisadçı-professor Zahid Məmmədov deyir ki, vergi sistemində müasir dövrün tələblərinə uyğun işlər aparmaq lazımdır: “Burada vergi dərəcələrini optimal səviyyədə müəyyənləşdirlməsi KOS-un inkişafı ilə əlaqədar məsləhətləşmələr aparılmalıdır”.

“Burada əks əlaqə prinsipi tətbiq olunacaq. Məqsəd daha çox məlumatların ötürülməsi, uçotun dəqiqləşdirilməsi, bu kateqoriya sahibkarların vergi və inzibati yükünün azaldılmasıdır. Əsas məsələ vergi bəyannamə və hesabat formalarının sadələşdirilməsidir. Partnyorluq sazişləri və vergi risklərinin minimuma endirilməsi vacib şərtlərdən biri olacaq” — deyə o bildirib.

Xəbər lenti
0